Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı tura Mingəçevirdə start verilib. “Kür” Olimpiya İdman Mərkəzinin arenasında yerli “Nur” “Azərsu”nu qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi 14-13 hesabı ilə qonaqların xeyrinə başa çatsa da, “Azərsu” minimal üstünlüyü qoruya bilməyib. İkinci hissədə hər iki komandanın səyinə rəğmən, qalib müəyyənləşməyib – 24:24.
Qeyd edək ki, turun aprelin 1-də keçiriləcək digər oyunlarında “İdman Akademiyası” “Gənclər Birliyi” ilə, “Azəryol” isə “Qarabağ”la qarşılaşacaq.